ATƏT-in Baş katibi Ceyhun Bayramovla görüşüb

19 Yanvar 2022 21:42 (UTC+04:00)

ATƏ Baş katibi Helqa Şmid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. SİA-nın məlumatına görə, bu barədə Baş katib "Twitter" hesabında bildirib.

ATƏT H.Şmid Ceyhun Bayramovu Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi münasibətilə təbrik edib.

"Regionda siyasi-hərbi təhlükəsizliyin təbliği istiqamətində substantiv danışıqları səbirsizliklə gözləyirik", - deyə o, bildirib.