Dünyanın ən yaşlı adamı vəfat edib

19 Yanvar 2022 18:11 (UTC+04:00)

Dünyanın ən yaşlı insanı Saturnino de la Fuente Qarsiya 112 yaşında İspaniyadakı evində vəfat edib. SİA xarici mətbuata istinadən bildirir ki, doğum gününə 24 gün qalmış vəfat edən Qarsiya 1909-cu ildə İspaniyanın Leon şəhərində anadan olub. Həmin il fransız pilot Lui Bleriot dəniz üzərindən Fransadan İngiltərəyə uçan ilk pilot kimi tarixə düşüb. Boyu qısa olduğu üçün Qarsiya 1936-cı ildə İspaniya Vətəndaş Müharibəsinə qəbul olunmayıb. Bunun əvəzinə çəkməçi olmağa qərar verdi və təqaüdə çıxana qədər bu işi davam etdirib.