Alınan 24 hərbi təyyarədən 6-sı təhvil verildi

19 Yanvar 2022 18:22 (UTC+04:00)

Türkiyənin regional üstünlüyündən narahat olduğu üçün ordusunu və donanmasını gücləndirməyə çalışan Yunanıstan ötən il Fransadan ikinci əl "Rafale" döyüş təyyarələri alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, iqtisadi darboğazda olduğu bilinən Yunanıstanın müdafiə büdcəsini zorlayaraq Fransadan aldığı təyyarələr həmin vaxt çox müzakirə mövzusu olub. Bu günə olan məlumata görə, alınan 24 "Rafale" təyyarəsindən 6-sı Afinaya eniş edib.