"Səhnədə qısa tuman və ya çimərlik paltarı ilə olmamalısan"

19 Yanvar 2022 17:28 (UTC+04:00)

Türk sənətçi İzzət Yıldızhanın “Çimərlik paltarı ilə səhnəyə çıxa bilməzsən” sözləri səslənməkdə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, oxumağa başlayan Ciciş qardaşlarından Əsra Ərsoy da çimərlik geyimində səhnəyə çıxaraq Yıldızhana istinad edib.

Gülşən, Hadisə və Handə Yenər kimi sənətçilərin üstünlük verdiyi geyimlər gündəmdə qalmaqda davam edərkən, İzzət Yıldızhan açıqlama verərək, "Özünə bir az daha hörmət et. Səhnədə qısa tuman və ya çimərlik paltarı ilə olmamalısan" deyib.

Bu sözlərlə gündəmdə olan Yıldızhana Ciciş qardaşlarından reaksiya gəlib.

Ayşən Vəli