Türkiyəli futbolçu Rusiya komandasına transfer oldu

19 Yanvar 2022 17:25 (UTC+04:00)

Fransanın "Lill" komandasından çıxan Türkiyə milli komandasının futbolçusu Yusuf Yazıcının yeni titulu bəlli olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, milli futbolçu Rusiyanın ÇSKA Moskva komandasına verilib. Ulduz yarımmüdafiəçinin alış qiyməti 12 milyon avro olaraq təyin olunub. Rusiya komandası onun transferini rəsmən elan edib.