Tarix yazan şəhidlər Bizə yazırlar...

19 Yanvar 2022 14:53 (UTC+04:00)

Azərbaycan xalqının mübarizlik və müstəqillik tarixində qəhrəmanlıq və şəhidlik ruhu ilə yazılmış Qanlı Yanvar faciəsi milli ruhumuzun oyanış təcəssümü kimi də qiymətləndirilir. Hər bir azərbaycanlı ailəsində, həmçinin təhsil aldıqları məktəblərdə böyüyən, yaşa dolan, ərsəyə gələn, müstəqil gələcəyinə doğru addımlayan övldalara bu şücaətlər haqqında məlumatlar verilir.

20 Yanvar tarixi həm də millətimizin yaddaş salnaməsidir. Lakin ən əsası budur ki, övladlarımız, gələcək nəsillərimiz bu ruhu özlərində yaşadır, həm də gələcək tarixlərimizə doğru daşıyırlar. Onlar bacardıqları qabiliyyətləri ilə istər rəsm əsərləri çəkir, istər şeirlər yazırlar. Bəlkə də onların milli qürurumuzun təbliği yönündə ərsəyə gətirdikləri yaradıcılıqları adi, sadə görünə bilər, lakin ən əsası, bu amil övladlarımızın öz tarixlərini daim uca tutmaları ilə əhəmiyyət kəsb edir.

Saytımıza Bakı şəhəri, Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbinin 4 “b” sinfinin şagirdi Nəzrin Rövşənqızının “Tarix yazan şəhidlər” şeiri daxil olub. Həmin şeiri sizlərə təqdim edirik:

Tarix yazan şəhidlər

Unutmuruq biz sizi,

20 Yanvar şəhidləri.

Müstəqil Vətənimin,

İlk olan şəhidləri.

***

Qanınızla tarix yazıb,

Könüllərdə ucaldınız,

Düşmənlərlə savaşdınız,

Tarix yazan şəhidlər.

Nəzrin Rövşənqızı