Təbii fəlakət neft sızmasına səbəb oldu

19 Yanvar 2022 14:15 (UTC+04:00)

Sakit okeanın cənubunda yerləşən ada dövləti Tonqada baş verən vulkan püskürməsinin təsirləri bütün dünyada görünür. SİA xarici mətbuata istinadən xəbər verir ki, sualtı partlayış 11 min kilometr uzaqlıqdakı Peru sahillərində neft sızmasına səbəb olub. Sahildəki canlılar sızma səbəbi ilə həyatını itirərkən, görüntüləri görənlər baş verənlərin "ekoloji qırğın" olduğunu bildiriblər.