Futbol üzrə İspaniya La Liqasında 21-ci turun oyunları keçirilir.
SİA xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
“Betis” doğma meydanda “Alaves”i, “Kadis” isə “Espanyol”u qəbul edib. “Betis”in 4 cavabsız qola sevindiyi günün digər matçında qalib müəyyənləşməyib.
Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Sevilya” bu turda çətin “Valensiya” səfərinə yollanacaq.
Bu tur keçirilməli olan “Barselona” – “Rayo Valyekano”, “Malyorka” – “Real Sosyedad”, “Atletiko” – “Levante” matçları təxirə salınıb. “Atletik” – “Real” matçı isə komandaların Super Kubok matçına görə daha əvvəl baş tutub.
İspaniya La Liqası
21-ci tur
16 yanvar
Elçe – Vilyarreal 1:0
Qol: Boye, 78.
18 yanvar
Betis – Alaves 4:0
Qol: B.İqlesias, 11; 41. Kanales, 29. Xuanmi, 54.
Kadis – Espanyol 2:2
Qol: Neqredo, 55. Alexo, 90+1 – Morlanes, 10. De Tomas, 90+6.
19 yanvar
22:00 Selta – Osasuna
00:30 Valensiya – Sevilya
20 yanvar
22:00 Xetafe – Qranada