Hindistanda gəmidə partlayış olub, ölənlər var

19 Yanvar 2022 03:20 (UTC+04:00)

Hindistanda Hərbi Dəniz Qüvvələrinə məxsus “Ranveer” esminesinin göyərtəsində partlayış baş verib.

SİA xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Məlumata görə, insident Mumbaydakı dəniz gəmiqayırma zavodunda qeydə alınıb.

Hindistan Müdafiə Nazirliyi hadisə nəticəsində 3 hərbçinin həlak olduğunu açıqlayıb.