Fransada gün ərzində yoluxma sayında antirekord yenilənib

19 Yanvar 2022 01:58 (UTC+04:00)

Fransada son sutka ərzində koronavirusa 464 min nəfər yoluxub ki, bu da pandemiyanın başlanğıcından ən yüksək göstəricidir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa Milli İctimai Səhiyyə Agentliyi yayıb.

Əvvəlki antirekord yanvarın 11-də qeydə alınmışdır: sutka ərzində 368 min yoluxma. Ölkədə orta xəstələnmə göstəricisi 100 000 nəfərə 3 min yolxuma halı təşkil edir.

Yanvarın 18-nə olan məlumata görə, 67 milyon əhalisi olan ölkədə təxminən 52 milyon insan peyvəndin tam kursunu başa vurub, 32 milyondan çox fransız isə üçüncü dozanı qəbul edib.