Tehrandan Van şəhərinə birbaşa reyslər başlayır

18 Yanvar 2022 23:30 (UTC+04:00)

İranın paytaxtı Tehrandan Vana birbaşa uçuşlar yanvarın 31-də başlayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, həftənin bazar ertəsi və cümə günləri Van şəhərinə uçuşlar təşkil edəcək İranın özəl hava yolu şirkətlərinin rəhbərləri, Van Böyükşəhər Bələdiyyəsinin qubernatoru və bələdiyyə sədri Mehmet Əmin Bilməz ilə görüşüblər. İranlı heyət qubernatorluqda baş tutan danışıq zamanı Bilməzə Tehran-Van reysləri barədə məlumat verib. İlk uçuşların yanvarın 31-də başlayacağını bildirən heyət Tehran-Van arasında birbaşa uçuşların ilk növbədə həftədə 2 gün həyata keçiriləcəyini, tələbata görə ekspedisiyaların sayının artırıla biləcəyini bildirib.