Goranboy rayon sakini minaya düşüb

18 Yanvar 2022 22:08 (UTC+04:00)

Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

SİA xəbər verir ki, Goranboy Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.