Təhlükəsizlik danışıqlarında irəliləyiş şansları qiymətləndirilib NATO BAŞ KATİBİ TƏRƏFİNDƏN

18 Yanvar 2022 20:37 (UTC+04:00)

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO ilə Rusiya arasında təhlükəsizlik danışıqlarında irəliləyiş şansının olub-olmadığını söyləmək hələ tezdir, amma danışıqların başlanması alqışlanır. SİA xəbər verir ki, NATO-nun baş katibi bu sözləri Almaniyada konfransda çıxış edərkən söyləyib.

"Bu danışıqlarda diplomatik səylərin irəliləyişi üçün şansın olub-olmadığını söyləmək hələ tezdir. Mən onların başlanması faktını alqışlayıram", deyə Yens Stoltenberq bildirib.

Stoltenberq qeyd edib ki, müttəfiqlər Rusiya ilə konkret təklifləri müzakirə etməyə hazırdır.

“Bu gün mən Rusiya-NATO Şurasının bütün üzvlərini görüşlər silsiləsini davam etdirməyə dəvət etdim”, deyib Stoltenberq.

Stoltenberqin sözlərinə görə, "realist olmaq lazımdır. NATO-nun birliyə ehtiyacı var, lakin bütün üzvlərin öz tarixi, coğrafiyası və Rusiya ilə münasibətlərə öz yanaşması var".