"Microsoft" tarixində ən böyük satınalmanı reallaşdırıb

18 Yanvar 2022 18:53 (UTC+04:00)

"Microsoft" bugün "Call of Duty" və "Candy Crush" kimi hitlərin arxasında duran video oyun istehsalçısı "Activision Blizzard"ı 68,7 milyard dollar nağd pula almağa razılaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu, "Microsoft"un 46 illik tarixində ən böyük satınalmadır.