Qatil məhkəmədə nasist salamı verib

18 Yanvar 2022 18:20 (UTC+04:00)

2011-ci ildə Norveçdə 77 nəfəri qətlə yetirən qatil Anders Behrinq Breivik bu gün aparıldığı məhkəmədə hakimlərə nasist salamı verərək irqçi açıqlamalar verib. SİA xarici mətbuata istinadən bildirir ki, 2011-ci il iyulun 22-də Norveçin paytaxtı Oslo və Utoya adasında törətdiyi qətliamlarda 77 nəfəri qətlə yetirən Anders Behrinq Breyvik bu gün məhkəmə qarşısına çıxıb.

Şərti azadlığa çıxmaq üçün müraciət edə bilmək üçün ən azı 10 il həbsxanada yatmalı olan Breyvik ilk müraciətini edib. Breyvik məhkəmədə 3 hakimə nasist salamı verərək irqçi ifadələr işlədib. Yaxasında “Ağ millətlərimizə qarşı soyqırımınızı dayandırın” yazısı ilə məhkəmə zalına daxil olan Breyvik, Baş hakim Dag Byorvikin tələbi ilə çantasında eyni yazı olan kağızları çıxarıb.