20 yanvar müstəqilliyə gedən yolda bir addım idi - SABİQ SƏFİR AÇIQLADI

18 Yanvar 2022 17:41 (UTC+04:00)

“20 Yanvar insanlıq tarixində qara bir səhifədir. İllər boyu Azərbaycan xalqı SSRİ-yə hörmət göstərmiş bir xalq olub. Amma mülki insanlara qarşı edilən bu vəhşiliyi qəbul etmək mümkün deyil. Bunu heç vaxt unutmayacağıq”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, 1990-cı il 20 yanvar tarixində həm Azərbaycan xalqı, həm də ümumilikdə bütün türk dünyası kədər içində idi: “Amma həmin gün Azərbaycan xalqının oyanışı, dirilişi, müstəqilliyə gedən yolda bir addım idi. Bu faciənin arxasında ermənilərin barmağı var. 20 yanvar faciəsi nəinki Azərbaycan üçün, ümumilikdə həm bütün dünya tarixi üçün, həm də türk dünyası üçün qara bir gündür. Amma bütün bunlara rəğmən 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik və bu gün hər bir azərbaycanlının çiyinləri dimdikdir”.

Arzu Qurbanzadə