Məşhur cütlük koronavirusa yoluxdu

18 Yanvar 2022 16:27 (UTC+04:00)

Məşhur türk sima Hacı Sabancı və Nazlı Kayı 2021-ci ilin oktyabrında sadə mərasimlə evləniblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar Yeni il gecəsini bir ailə olaraq İstanbulda keçiriblər.

Lakin yeni cütlük bir müddət əvvəl COVID-19-a tutulub. Sabancılar xəstəlikdən xilas olaraq, koronanı məğlub edib. Nazlı Sabancı dünən səhər saatlarında "10 gün sonra testin mənfi çıxması yaxşı hissdir" sözləri ilə sağaldığını açıqlayıb.

Ayşən Vəli