Kaskadyorun hərəkətləri hər kəsə qorxu dolu anlar yaşadıb

18 Yanvar 2022 13:40 (UTC+04:00)

Rusiyalı kaskadyor Yevgeni Çebotarev 80 km/saat sürətlə gedən mikroavtobusa tullanaraq oradan güllə kimi keçərək ölümcül səhnələri arasına yenisini əlavə edib. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiyada serial və filmlərdə kaskadyorluq edən, saysız-hesabsız ölümcül şouları ilə ölkənin ən tanınmış simalarından biri olan Yevgeni Çebotarev yeni şouya imza atıb. Daha əvvəl metrlərlə hündürlükdən tullanan, avtomobilin altından keçən və alovların arasından keçən rusiyalı kaskadyor ötən ilin sentyabrında avtomobillə çaya uçarkən şou zamanı qabırğasını sındırıb. Həkimləri ən azı 6 aydan sonra sağalacağını bildirən Çebotarev son şousu ilə hər kəsi qorxuya salıb. Çebotarev 71-ci çıxışında yolda qoyulmuş platformada uzanaraq əks istiqamətdən 80 kilometr sürətlə hərəkət edən mikroavtobusun ön şüşəsinə sürüşüb. Sürətlə maşından keçən Çebotarev arxa qapıdan yola düşüb.