Gürcüstanda koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıb

18 Yanvar 2022 12:54 (UTC+04:00)

Gürcüstanda son sutka ərzində 7 521 nəfər koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Bugünədək Gürcüstanda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb.

Eyni zamanda son sutkada 31 nəfər vəfat edib, bugünədək ölənlərin sayı 14 512 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda dekabr ayında omikron ştammına ilk yoluxmalar aşkar edilib.