"Omikron" gələcək illərdə də yayılmağa davam edəcək

18 Yanvar 2022 12:18 (UTC+04:00)

"Pfizer"in baş direktoru Bourla, son aylarda dünyada koronavirus hadisələrinin sayının xeyli artmasına səbəb olan "Omikron" variantı ilə bağlı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bourla, "Omikron" variantının gələcək illər ərzində yayılmağa davam edəcəyini söyləyib.