Böyük Britaniya miqrantların qarşısını almaq üçün ordu yerləşdirəcək

18 Yanvar 2022 11:11 (UTC+04:00)

Britaniya ordusu miqrantların La-Manş boğazında keçidlərinin məhdudlaşdırılmasına yönəlmiş əməliyyatları öz üzərinə götürməyə hazırlaşır. SİA xarici mətbuata istinadən bildirir ki, Britaniyanın daxili işlər naziri Priti Patel Müdafiə Nazirliyinə La-Manş boğazında "qeyri-qanuni immiqrasiyadan qorunmaq" tapşırıldığını verib.

Lakin Müdafiə Nazirliyinin xərclərinə, idarəçiliyinə və siyasətlərinə nəzarət etməkdən məsul olan Böyük Britaniya Parlamentinin Müdafiə Komitəsinin sədri Tobias Ellvud planları “tələskən” kimi tənqid etdi və planları ordu üçün “əsas diqqəti yayındıran” bir şey kimi xarakterizə etdi. Bu addım həftələr ərzində həyata keçirilə bilər.

Planları koordinasiya etmək Böyük Britaniya Hücum Qüvvələrinin komandanı Mayk Utleyə həvalə edilib.