Qayınatasının həyətində atəş açan şəxs saxlanılıb

18 Yanvar 2022 11:00 (UTC+04:00)

Göyçayda qayınatasının həyətində atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə yanvarın 17-də Çaxırlı kəndindəki evlərin birinin həyətində ev sahibinin kürəkəninin xuliqanlıq zəminində tüfəngdən havaya 2 dəfə atəş açması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Şıxalıyev saxlanılıb, ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.