Ova cəhd edən şəxs cəzalandırılıb

18 Yanvar 2022 10:32 (UTC+04:00)

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Milli Parkın “Kiçik körfəz” adlanan ərazisində ova cəhd edən şəxs saxlanılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova SİA-ya bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Tarqulu Mirzəyev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.

“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”.