Şəkidə ev yanıb

18 Yanvar 2022 09:55 (UTC+04:00)

Şəki şəhərində ümumi sahəsi 200 kv.m olan bir dam altında tikilən və iki ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 150 kv.m olan evin tavanı 10 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.