"Brent" markalı neftin qiyməti 87 dolları ötüb

18 Yanvar 2022 08:25 (UTC+04:00)

"Brent" markalı neftin mart fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 06:22 üçun (Bakı vaxtı) 0,54 faiz bahalaşaraq 87 dollar/barel təşkil edib.

SİA-nın məlumatına görə, saat 06:28 üçün (Bakı vaxtı) "Brent"in qiyməti 86,87 dollar/barel, "WTI" qiyməti isə 0,97 faiz bahalaşaraq 84,11 dollar/barel səviyyəsində alınıb-satılıb.

"Brent" markalı neftin qiyməti sonuncu dəfə 2014-cü ilin oktyabr ayında bir barel üçün 87 dollardan yüksək olub.