Parlamentin yaz sessiyası çərçivəsində komitə iclasları başlayır

18 Yanvar 2022 08:07 (UTC+04:00)

Bu gündən Milli Məclisin yaz sessiyası çərçivəsində komitə iclasları başlayır.

SİA-nın məlumatına görə, bu gün parlamentin Elm və təhsil, Regional məsələlər və digər komitələrinin iclasları keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılmışdı.