İran Prezidenti səfəröncəsi məsləhətləşmələr aparıb

18 Yanvar 2022 07:08 (UTC+04:00)

İran Prezidenti İbrahim Rəisi Rusiyaya səfəri ərəfəsində Ali lider Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə məsləhətləşib.

SİA-nın məlumatına görə, bu barədə Ə.Ə.Vilayəti “Tasnim”ə bildirib.

Müşavirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə İbrahim Rəisi arasında baş tutacaq danışıqlarda əsas həlledici rol oynayan nüvə sazişi məsələsi müzakirə ediləcək. O, əlavə edib ki, bu məsələ ilə bağlı mütləq məsləhətləşmələr aparılmalıdır.

Qeyd edə ki, ötən ilin sonunda İran hökumətinin rəsmi nümayəndəsi Bahadari Cəhromi prezident Rəisinin Putinin dəvəti ilə 2022-ci ilin əvvəlində Rusiyaya səfər edəcəyini açıqlamışdı.

Dumanın birinci vitse-spikeri Aleksandr Jukov isə dünən İran prezidentinin yanvarın 20-də parlamentin aşağı palatasının iclasında çıxış edəcəyini bildirib.