Türkiyədə 5,0 bal gücündə zəlzələ olub

18 Yanvar 2022 05:06 (UTC+04:00)
Türkiyənin mərkəzi hissəsində zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 592 min nəfər əhalisi olan Kayseri şəhərindən 52 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 1 km dərinlikdə yerləşib.