FIFA 2021-ci ilin ən yaxşı qadın futbolçusunu açıqlayıb

18 Yanvar 2022 02:46 (UTC+04:00)

FIFA 2021-ci ilin ən yaxşı qadın futbolçusunu açıqlayıb.

SİA xəbər verir ki, bu ada İspaniyanın "Barselona" klubunun oyunçusu Aleksiya Putelyas layiq görülüb.

Mükafata Kataloniya təmsilçisinin digər oyunçusu Cennifer Ermoso və İngiltərə "Çelsi"sindən Samanta Kerr də iddia edirdilər.

Qeyd edək ki, FIFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.