"Georgian Airways" aviaşirkəti satışa çıxarılıb...

18 Yanvar 2022 00:47 (UTC+04:00)

Gürcüstanın "Georgian Airways" aviaşirkəti 150 milyon dollara satışa çıxarılıb.

SİA-nın məlumatına görə, bu barədə aviaşirkətin sabiq rəhbəri Roman Bokeriyanın rəhbərlik etdiyi "Georgian Business Brokerage" birliyindən bildiriblər.

Xatırladaq ki, daha əvvəl "Georgian Airways" iflası və reabilitasiyası barədə bildirilmişdi.