Türkiyənin quraşdırılmış Günəş enerjisi rekord seviyyəyə çatıb

18 Yanvar 2022 00:36 (UTC+04:00)

Türkiyənin quraşdırılmış günəş enerjisi 8 il müddət ərzində 40 meqavatdan 7816 meqavata yüksəlib.

SİA-nın məlumatına görə, Türkiyə son illərdə enerji ehtiyacını “təmiz enerji” adlanan bərpa olunan enerji mənbələrindən qarşılamaq və enerji sahəsində xaricə asılılığı azaltmaq üçün səylərini artırıb.

Enerji və Təbii Sərvətlər Nazirliyinin hazırladığı hesabatlara görə Türkiyənin günəş enerjisi istehsalındakı macərası 2014-cü ildə 40 meqavat quraşdırılmış güclə başlayıb. Dövlət dəstəyi və təşviqinin təsiri ilə hər il artan quraşdırılmış güc 2015-ci ildə 249 meqavata, 2016-cı ildə isə 833 meqavata yüksəlib. Ən yüksək artımın müşahidə edildiyi 2017-ci ildə isə 2016-cı ilə müqayisədə 311 faiz artımla 3 min 421 meqavata çatıb. 2021-ci ildə isə şəbəkəyə 1149 meqavatlıq yeni günəş elektrik stansiyası daxil edilərək ölkədə quraşdırılmış günəş enerjisi 7816 meqavata çatdırılıb.