Əfqanıstandakı zəlzələdə 26 nəfər ölüb

18 Yanvar 2022 00:29 (UTC+04:00)

Əfqanıstanın şimal-şərqində zəlzələ nəticəsində həlak olanların sayı artıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, ölənlərin sayı 26 nəfərə çatıb.

Daha əvvəl 12 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, bu gün Əfqanıstanda 5,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Herat şəhərindən 154 kilometr şimal-şərqdə yerləşib.