Həbsxanada qarşıdurma, ölənlər var

18 Yanvar 2022 00:25 (UTC+04:00)

Karib hövzəsi ölkəsi Dominikan Respublikasında həbsxanada məhbuslar arasında qarşıdurma baş verib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, paytaxt Santo Dominqodakı La Victoria həbsxanasında iki qrup məhbus arasında əlbəyaxa dava düşüb. Bıçaq və odlu silahlardan istifadə edilən davada 3 məhbus həyatını itirib, 9 nəfər yaralanıb. Çox sayda mühafizəçi cəlb olunan həbsxanada törədilən hadisə ilə bağlı istintaq başladılıb.