Serbiya prezidenti Türkiyəyə səfər edəcək

17 Yanvar 2022 23:47 (UTC+04:00)

Serbiya prezidenti Aleksandr Vuçiç sabah Türkiyəyə rəsmi səfər edəcək.

SİA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, səfər zamanı Vuçiç Türkiyə-Serbiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının üçüncü iclasında iştirak edəcək. Görüşlərdə Balkanlarda sülh və sabitliyin qorunması məsələsi olmaqla regional, habelə beynəlxalq hadisələr, bu sahələrdə əməkdaşlıq müzakirə olunacaq.