Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib

17 Yanvar 2022 23:43 (UTC+04:00)

Almaniyanın "Bavariya" klubu və Polşa yığmasının hücumçusu Robert Levandovski Beynəlxalq Futbol Federasiyasının (FİFA) versiyasına görə 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

SİA-nın əldə etdiyi məlumata görə, mükafatlandırma mərasimi təşkilatın mənzil-qərargahında onlayn-formatda keçirilib.

Qeyd edək ki, ötən il "Bavariya"nın heyətində R.Levandovski Almaniya Bundesliqasının və ölkə Super Kubokunun qalibi olub.