Mini geyimi ilə hər kəsi heyrətləndirdi - FOTO

17 Yanvar 2022 22:40 (UTC+04:00)

Ötən həftələrdə türkiyəli məşhur müğənni Oğuzhan Koçla münasibətinə son qoyan türkiyəli məşhur aktrisa Demet Özdemir sosial media hesabından iddialı paylaşım edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qara mini şortu ilə kamera qarşısına keçən gözəl aktrisa bağçada çəkdirdiyi pozaları bir-birinin ardınca “instagram” səhifəsində izləyicilərinə təqdim edib. Məşhur aktrisanın fotosu qısa müddətdə sosial şəbəkədə iz buraxıb və minlərlə bəyənmə toplayıb.