Almaniyadakı yanacaqdoldurma məntəqəsində partlayış...

17 Yanvar 2022 23:06 (UTC+04:00)

Almaniyanın mərkəzində Hammersbax yaşayış massivi yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində iki nəgər ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, günorta saatlarında yanacaqdoldurma məntəqəsində yanğın partlayışla müşahidə olunub.

Qurbanlardan birinin cəsədi avtomobildə, digərininki isə yaxınlıqda tapılıb.

Partlayış nəticəsində yaxınlıqdakı restoranın binasına da ziyan dəyib.

Yanğın söndürülüb. Hadisənin başvermə səbəbi hələlik müəyyən edilməyib.

Polis əməkdaşları hadisə yerində araşdırma aparır.