“Barselona” İspaniya millisinin üzvü ilə güclənir

17 Yanvar 2022 22:33 (UTC+04:00)

İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Adama Traore karyerasını İspaniyada davam etdirə bilər.

SİA xəbər verir ki, ispan hücumçu “Barselona” klubuna keçməyə yaxındır. Bu barədə İtaliyanın TMW radiosu məlumat yayıb. Traorenin meneceri Jorje Mendeş “Barselona” ilə danışıqlar aparır.

Kataloniya təmsilçisi 25 yaşlı futbolçu üçün “Vulverhempton”a 20 milyon avro ödəməyə hazırdır. Keçidin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

“Barselona”nın yetirməsi olan Traore 2018-ci ildən “Vulverhempton”da çıxış edir. Vinger İspaniya yığmasına da dəvət alır.