Ərdoğan Albaniyanın Balkanlarda oynadığı rolu yüksək qiymətləndirib

17 Yanvar 2022 22:29 (UTC+04:00)

"Türkiyə Balkanların sülh və əmin-amanlığı üçün üzərinə düşəni etdiyi kimi, sülh və əmin-amanlığın təminatı üçün də zamin ölkələrdən biridir".

SİA xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Tiranda müqavilələrin imzalanması mərasimindən sonra Albaniyanın Baş naziri Edi Rama ilə birgə mətbuat konfransında deyib.

Edi Rama ilə görüşlərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizəyə toxunduqlarını ifadə edən Ərdoğan deyib:

"FETÖ-nün Albaniyada hələ də fəaliyyət sahəsi tapa bilməsi bizi çox incidir. Daha sürətli addımların atılmasını gözləyirik".

Rama ilə Balkanlardakı vəziyyəti də müzakirə etdiklərini və burada sülh və əmin-amanlığa böyük əhəmiyyət verdiklərini vurğulayan Ərdoğan “Biz Balkanların sülh və əmin-amanlığı üçün üzərimizə düşəni etdiyimiz kimi, gələcəkdə də sülh və əmin-amanlığın təminatına zamin ölkələrdən biriyik" deyib.

Edi Rama isə öz növbəsində deyib ki, inanmıram ki, Albaniyada və ya Avropa İttifaqında (Aİ) heç kimin Türkiyə-Albaniya münasibətləri narahat etsin. Çünki bu, ənənəvi münasibətdir".

Ərdoğan Rama ilə görüşdən sonra Albaniya parlamentində çıxış edib.

Albaniyanın Balkanlarda oynadığı rolu yüksək qiymətləndirdiklərini vurğulayan Ərdoğan deyib:

“Türk milləti həmişə olduğu kimi bu gün də Albaniyanın yanındadır. 1923-cü ildə imzaladığımız ilk dostluq müqavilələrindən biri Albaniya ilə oldu. Türkiyə və Albaniya əl-ələ verdikdə onların öhdəsindən gələ bilməyəcəyi, həll edə bilməyəcəyi problem, çata bilməyəcəyi hədəf qalmayacaq”.

Ərdoğan yeni növ koronavirusa (Covid-19) qarşı yerli peyvənd olan TURKOVAC ilə Albaniyanın hər zaman yanında olacaqlarını bildirib.