Gürcüstan Türkiyədən dərman idxalına başladı

17 Yanvar 2022 22:12 (UTC+04:00)

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Türkiyədən dərman idxalını nəzərdə tutan qərarı imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Qaribaşvili paytaxt Tbilisidə keçirilən Nazirlər Şurası iclası əvvəlində bu barədə danışıb.

Baş nazir ötən həftə dərmanların qiymətlərini aşağı salmaq və xalqın keyfiyyətli dərman təminində çətinlik çəkməməsi üçün Türkiyədən dərman idxal etmək qərarına gəldiklərini xatırladıb. O: “Biz bu gün hökumətin qərarını imzaladıq, ona görə də indi Türkiyədən yüksək keyfiyyətli “GMP” standartlarına uyğun dərmanlar idxal edəcəyik.”

Baş nazir Qaribaşvili, Türkiyə ilə Gürcüstan arasında dərman qiymətlərində ciddi fərq olduğunu vurğulayıb və xüsusilə ən çox tələb olunan dərmanların Türkiyədə xeyli ucuz olduğuna diqqət çəkib.