Çində əhalinin artım tempi düşüb

17 Yanvar 2022 22:03 (UTC+04:00)

Çində əhalinin artım tempi 1960-cı illərin əvvəllərində 30 milyon insanın öldüyü aclıqdan bəri ən aşağı səviyyəyə düşüb.

SİA xəbər verir ki, Milli Statistika Bürosunun (NBS) məlumatına görə, Çindəki 31 əyalət və bölgənin əhalisi 2020-ci ildə cəmi 480 min nəfər artaraq ilin sonunda təxminən 1 milyard 412 milyon 600 min nəfərə çatıb.

Ölkədə doğum nisbəti mində 7,52, ölüm nisbəti 7,18 olduqda, əhalinin artım tempi mində 0,34 faizdə qalıb.

Artım nisbəti Çin Xalq Respublikasının qurucusu Mao Zidunun rəhbərliyi altında kənd təsərrüfatında kollektivləşdirmə və kənd resurslarının sənayeləşdirilməsi siyasətinin həyata keçirildiyi “Böyük İrəliləyiş” dövründən bəri ən aşağı göstəricidir.

Sözügedən siyasətin həyata keçirildiyi 1958-1962-ci illərdə baş verən qıtlıq nəticəsində 30 milyona yaxın insan həyatını itirmiş, 1960-cı ildə əhalinin artım sürəti mində 4,5-ə enmişdir.