"İnsanlıq üçün çox narahatıq"- ALİMLƏR AÇIQLADILAR

17 Yanvar 2022 21:30 (UTC+04:00)

Avstraliyada və Fransanın materik hissəsində tədqiqatlarını davam etdirən alimlər çox mühüm nəticələr əldə ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, nəsli kəsilmiş quru ilbizlərini torpaqdan çıxaran elm adamları bəşəriyyətin 6-cı kütləvi yoxa çıxma mərhələsində olduğu barədə xəbərdarlıq ediblər. Havay Universiteti və Milli Tarix Naturelle Muzeyinin bioloqlarının rəhbərlik etdiyi tədqiqatın təfərrüatları “Biological Reviews” jurnalında dərc olunub. Araşdırmanın aparıcı müəllifi Robert Kovi “Biz son qazıntılarımız zamanı bir çox heyvan növünün nəsli kəsildiyini gördük” deyib. Alimlər quru ilbizlərindən də mühüm nəticələr əldə ediblər. Buna əsasən, dünyada 1500-cü ildən bəri məlum olan iki milyon növün 7,5-13 faizinin yoxa çıxdığı bildirilib. Bu, 150.000 ilə 260.000 arasında növ sayına bərabərdir. Bəşəriyyət üçün narahat olduqlarını bildirən alimlər, kütləvi məhvə qarşı təcili tədbirlərin görülməli olduğunu vurğulayıblar.