2000 illik kəllə əməliyyatına aid nümunə tapılıb

17 Yanvar 2022 17:05 (UTC+04:00)

Bu yaxınlarda aparılan arxeoloji kəşf dünyanın ən qədim kəllə əməliyyatının düz 2000 il əvvəl edildiyini üzə çıxarıb. Üstəlik, həmin vaxt bu ağır əməliyyatı keçirən xəstə sağ qalıb. SİA xarici mətuata istinadən bildirir ki, kolleksiyada tapılan kəllə sümüyü döyüşdə yaralandıqdan sonra sınığı düzəltmək üçün başına metal parçası soxulan adama məxsusdur.

Mütəxəssislərin fikrincə, bu adam əməliyyatdan sağ çıxıb və onun kəllə sümüyü indi qədim insanların qabaqcıl cərrahiyyə əməliyyatları həyata keçirə bildiyini sübut edən mühüm dəlildir. Sözügedən kəllə "uzun Peru kəllələri" nümunəsidir, qəbilə adamları gənc uşaqların kəllələrini parça ilə bağlayaraq və ya uzun müddət başlarını iki taxta parçası arasında saxlayaraq deformasiya etməsinin qarşısını alıblar.