Yük maşını ilə minik avtomobili toqquşub

17 Yanvar 2022 14:30 (UTC+04:00)

Xızı rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən var. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 15-də saat 22 radələrində rayonun Giləzi qəsəbəsi ərazisində Füzuli rayon sakini E.Hüseynovun idarə etdiyi “KamAZ” və Salyan rayon sakini Rövşən Cavadovun idarə etdiyi “NAZ Lifan” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən R.Cavadov orada ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.