Hansı qidalar insanları infeksiyadan qoruyur? - DİETOLOQ AYDINLIQ GƏTİRDİ

17 Yanvar 2022 14:22 (UTC+04:00)

"İmmunitet sisteminizi gücləndirəcək və infeksiyalara qarşı qoruyacaq qidalar var". Bunu SİA-ya dietoloq Ceyhunə Yusifova deyib.

Onun sözlərinə görə, immunitet sistemini gücləndirəcək 7 qida var:

Sitrus meyvələri: Sitrus meyvələrində olan C vitamini immunitet sistemini yaxşılaşdırmağa kömək edir və infeksiyalarla mübarizə aparan ağ qan hüceyrələrinin istehsalını artırır. Ən çox yayılmış sitrus meyvələri: qreypfrut, portağal, limon, naringi

Brokoli: A, C və E vitaminləri mənbəyidir.
Sarımsaq: Təzə, çiy sarımsaq antibakterial və antiviral xüsusiyyətlərə malikdir.
Zəncəfil: Boğaz ağrılarını və digər iltihablı xəstəlikləri azaltmağa kömək edir.
Sarıkök: İltihab əleyhinədir və xəstəliklərin qarşısını alır.
Curcumin təbii olaraq sarıkökdə olur
Şəkərinizi balanslaşdırmağa kömək edir.
Yaşıl çay: İnfeksiya ilə mübarizə aparmağa kömək edən polifenol adlı antioksidant mənbəyidir.
Günəbaxan tumları: Tərkibində fosfor, maqnezium, B-6 və E vitamini var. O, həm də triptofan mənbəyidir. Triptofan bədən tərəfindən təbii əhval stabilizatoru sayılan serotoninə çevrilir. Bu şəkildə günəbaxan tumları narahatlıq və stresslə mübarizə aparmağa kömək edə bilər.

İmmunitet sistemini gücləndirmək üçün təkcə yemək kifayət deyil. Stress və kədəri minimuma endirmək mümkünsə, uzaq durmaq lazımdır.

Daimi idmanla güclənən bədən həm enerjisini artırır, həm də xəstəliklərə qarşı çox daha davamlı olur. İdman edərkən özünüzə həftəlik hədəflər qoyaraq irəliləyin.

Gecə 6 saatdan az yatan insanların ürək-damar xəstəlikləri riski altında olduğunu göstərən araşdırmalar var. Stress zamanı yaxşı yata bilmirsinizsə, melissa, çobanyastığı və razyana çayından dəstək almağa çalışın. Yuxu rejiminə sahib olmaq ürəyiniz üçün çox vacibdir. Yuxunuzun effektivliyinin azaldığını hiss etdiyiniz günlərdə çobanyastığı, razyana və ya melissa caylarindan faydalana bilərsiniz.

Ayşən Vəli