UNEC-də “Açıq qapı” günü keçiriləcək

17 Yanvar 2022 12:02 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ilinin qış imtahan sessiyası davam edir. UNEC-dən SİA-ya bildirilib ki, sessiya çərçivəsində yanvarın 22-də “Açıq qapı” günü keçiriləcək.

İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə keçirilən “Açıq qapı”da imtahanla bağlı müraciətlər qəbul olunacaq.