Ötən ay komaya düşən tələbə dünyasını dəyişdi

17 Yanvar 2022 00:05 (UTC+04:00)

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Dünya iqtisadiyyatı” ixtisası üzrə IV kurs tələbəsi Elgün Etibar oğlu Məmmədov dünyasını dəyişib.

E.Məmmədov 23 dekabr 2021-ci ildə ağır yol qəzası keçirib və uzun müddət koma vəziyyətində qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, dünən dünyasını dəyişib.