Antaliyada nəsili tükənmiş meqalodon qalıqları tapıldı

16 Yanvar 2022 23:24 (UTC+04:00)

Türkiyənin Antaliya rayonunda mərmər ocağından çıxarılan bir daşın səthində 195 milyon il əvvəl dənizlərdə yaşamış, midiyaya bənzər, nəsli tükənmiş bir canlı - meqalodon qalıqları tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Korkuteli qəsəbəsinin Taşkesiği kəndindəki bir mərmər sexindən bütöv halda çıxarılan daş işlənmək üçün Antaliya Mütəşəkkil Sənaye Bazasındakı (Antalya Organize Sanayi Bölgesi) fabrikə göndərilib.

Kəsilən və lövhə şəklinə salınan mərmərin səthində dəyişik fiqurlar görən işçilər vəziyyəti fabrik səlahiyyətlilərinə bildirib.

Mərmər Süleyman Dəmirəl Universiteti (SDÜ) Mühəndislik fakültəsinin Geologiya Mühəndisliyi bölümünə göndərilib. Burada professor Füzuli Yağmurlu tərəfindən aparılan araşdırmada bu fiqurların 195 milyon il əvvəl dənizlərdə yaşamış, midiyaya bənzər, nəsli tükənmiş meqalodon qalıqları olduğu müəyyənləşib.