Mingəçevirdə binada partlayış baş verib, yanğın başlayıb

16 Yanvar 2022 23:11 (UTC+04:00)

Mingəçevirdə qaz sızması nəticəsində binada partlayış baş verib.

SİA-nın məlumatına görə, hadisə Axundov küçəsində yerləşən binaların birində qeydə alınıb. Partlayış nəticəsində binanın dam örtüyü uçub, evdə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə qüvvələri cəlb olunub.