BMT rəsmisinin meyiti Türkiyədə dağ-xizək kurortunda tapılıb

16 Yanvar 2022 22:25 (UTC+04:00)

BMT-nin əlaqələndirici üzvü, Kanada vətəndaşı Maykl Kriftin meyiti Türkiyənin Erciyes dağ-xizək kurortunda xilasedicilər tərəfindən tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Hüriyyet” məlumat yayıb.

Məlumata görə, Qaziantepdən Kayseriyə xizək sürməyə gələn 3 nəfər Erciyes xizək kurortunda Hisarcik Kapı vadisində qar uçqunu altında qalıb.